RU

Üçüncü aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqə göndərilir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ “USS George H.W. Bush” aviadaşıyıcısının başçılıq etdiyi üçüncü zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. 

“Üçüncü aviadaşıyıcı zərbə qrupu Atlantik okeanını keçməyə və İrana qarşı müharibəyə qoşulmağa hazırlaşır. “USS George H.W. Bush” aviadaşıyıcısının yerdəyişməsinin yaxın zamanda baş tutacağı gözlənilir”, - telekanalın məlumatında deyilir.

Qeyd edək ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısı İrana qarşı hərbi əməliyyatların aparıldığı bölgədədir. İkinci aviadaşıyıcı - “USS Gerald R. Ford” isə Qırmızı dənizdədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
cebheinfo.az

2Источники