RU

Mançester Yunayted in sabiq futbolçusu Braziliya klubu ilə anlaşdı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in keçmiş vingeri Cessi Linqard "Korintians"la müqavilə imzalayıb. O, Braziliya klubuna azad agent kimi qoşulub. Sport24.az xəbər verir ki, bu barədə "Korintians"ın rəsmi saytı məlumat yayıb. 

"Mançester Yunayted"in sabiq futbolçusu daha bir mövsüm uzatmaq şərti ilə cari "futbol ili"nin sonuna qədər müqavilə imzalayıb.  

Linqardın son klubu 67 oyunda 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qaldığı "Seul" olub . 

Qeyd edək ki, Memfis Depay da "Korintians"ın formasını geyinir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
124
sport24.az

1Источники