RU

Mançester Yunayted iki oyunçunu 80 milyona satmağı düşünür

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mançester Yunayted" iki oyunçunun satışından 80 milyon avro qazanmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, Mançester klubu bu yay iki hücumçunu - Rasmus Heylund və Markus Reşfordu satmağı düşünür. 

Heylund hazırda icarə əsasında "Napoli"nin formasını geyinir. İtalyanlar artıq oyunçunun icarəsi üçün 6 milyon avro ödəyiblər və onu tam əsasla "rənglərinə bağlamaq" üçün qarşı tərəfə 44 milyon avro ödəməsi gözlənilir.

Reşford isə hazırda "Barselona"da icarədədir. "Qırmızı şeytanlar" katalonların oyunçunu 30 milyon avroya almasını gözləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
136
sport24.az

1Источники