Müğənni Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı videosundan sonra xanım müğənni yayılan xəbər və videoların silinməsini tələb edib.
Aznews.az Avtosfer.az-a istinadla xəbər verir ki, daha sonra Şəbnəm Tovuzlu sosial şəbəkə hesabından Avtosfer.az-ın səhifələrini bağlatdırmaqla bağlı təhdid edən mesajlar və səs yazısı göndərib.
Məlumata görə, sürücü Günel Hüseynova ilə profilaktik söhbət aparılıb, mövcud qanunvericiliyin tələbləri izah edilib.