İlk oyunda evdə Şimali Makedoniyanı 2:0 hesabıyla məğlub edən Siyasət Əsgərovun komandasının növbəti rəqibi Macarıstandı. Yığmamız artıq Felksut şəhərindədi.
Bəs düşərgədə ümumi ab-hava necədi, zədəli, xəstə futbolçu varmı? Komandanı stadionda dəstəkləyən azərbaycanlı azarkeşlər olacaqmı?
Bu haqda bilgi almaq üçün hazırda Macarıstanda olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə Əhmədova ilə əlaqə saxladıq:
“Vəziyyət çox yaxşıdı, komandada əhval-ruhiyyə olduqca gözəldi. Əsra Manya, Diana Məmmədova və Alina Dorofeyeva zədəlidi, təlim-məşq toplanışına da qoşulmamışdılar. 1-ci oyundan sonra kiçik zədələr oldu, amma oyuna qədər hazır olacaqlar. Şükür Allaha, hər şey yaxşıdı. Gəldiyimiz şəhər paytaxtdan 1 saat 10 dəqiqəlik məsafədədi. 20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi”.
Xatırladaq ki, matç Bakı vaxtı ilə 17.30-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ