RU

Bu kişinin sayəsində 1700 ildir İSTİRAHƏT EDİRİK

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində Bazar günü rəsmi istirahət günüdür. Amman bəzi İslam dövlətlərində, bundan başqa İsraildə bazar günü adi iş sayılır. Bizim.Media xəbər verir ki, bu istirahət gününü bizə bəxş edən isə Roma imperatoru I Konstantindir. Bazar günü ilk dəfə 7 mart 321-ci ildə istirahət günü elan edilib. Tarixdə heç bir fərman Konstantinin fərmanı qədər uzunömürlü olmayıb. 1700 ildən artıq bir müddətdir ki, bu fərmanın icrası səbirsizliklə gözlənilir, həvəslə yerinə yetirilir. Fərman qüvvəyə minəndən insanlar imperatora cani-dildən dua edə-edə onu həyata keçiriblər. Fərmana görə, bazar günü bazarlar bağlanmalı idi. Türk dillərində bir az ziddiyyətli səslənir:

 

“bazar günü bazarın bağlanması”. Adından göründüyü kimi, şərqdə əksinə məhz bazar günü bazarlara çıxırdılar. Amma dünyanın başqa dillərində bu gün müxtəlif səsləndirilərək, ticarətdən uzaq məna daşıyır. Bir ortaq cəhətimiz var ki, bizdə də eynilə Romadakı kimi ta qədimdən Bazar günləri bütün dövlət qurumları fəaliyyətini dayandırır.  

İmperator Konstantin bu günü həm də minnətdarlıq günü kimi insanlara bəxş edib. Belə ki,

döyüşöncəsi yuxusunda məhz bu gün qələbə çalacağını görür və yuxusu çin çıxır. Buna görə də imperator bazar günü fiziki əməyi qadağan edir,  o vaxtdan bəri bazar günü istirahət günü hesab olunur. Şəfiqə Şəfa. Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
1
bizim.media

2Источники