RU

Çin İranı raket komponentləri ilə təmin edir?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Çinin İrana raket komponentləri və maliyyə yardımı təmin edə biləcəyinə dair kəşfiyyat məlumatları alıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb. 

“Onların sözlərinə görə, Pekin ehtiyatlı davranır və indiyə qədər Yaxın Şərqdəki münaqişəyə birbaşa müdaxilədən yayınıb. Eyni zamanda, regiondan enerji təchizatını və Hörmüz boğazından keçən gəmiçiliyin təhlükəsizliyini qorumağa çalışır”, - deyə “CNN” ABŞ kəşfiyyat oprqanlarındakı mənbələrinə istinadən bildirir. 

Qeyd edilir ki, ABŞ rəsmiləri Çinin İrana maliyyə yardımı və raket komponentləri verməyi düşünə biləcəyinə dair kəşfiyyat məlumatlarına malikdirlər. 

Söhbət raket istehsalında istifadə edilə biləcək hissə və komponentlərin mümkün tədarükü, eləcə də Yaxın Şərqdə davam edən münaqişə fonunda Tehrana maliyyə dəstəyi ilə bağlıdır.

Eyni zamanda, “CNN” Çinin ehtiyatla hərəkət etdiyini və hələlik münaqişəyə birbaşa müdaxiləni göstərə biləcək addımlardan çəkindiyini qeyd edir.

Başqa bir mənbə isə Pekinin müharibənin bitməsində maraqlı olduğunu deyir. Çünki eskalasiyanın daha da artması Çin iqtisadiyyatının asılı olduğu enerji təchizatını təhdid edə bilər.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
cebheinfo.az

2Источники