RU

Dəhşətli hücumlardan sonra İranın əsas hava limanı yanır

İranda vəziyyət getdikcə daha da gərginləşir.

Publika.az xəbər verir ki, İsrail mediası və ABŞ televiziya kanalları daha bir uğurlu hücuma dair kadrlar yayıblar. Kadrlarda təyyarələrin alovlanması əks olunub.

İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə isə Amerika və İsrail qüvvələri Tehranın Mehrabad Beynəlxalq Hava Limanına kütləvi hava hücumları təşkil ediblər. Agentliyin yaydığı məlumatda bildirilib ki, ABŞ və İsrail bir neçə dəqiqə əvvəl Tehranın Mehrabad Hava Limanına ən qəddar hücumlarından birini həyata keçirib. Bir sıra partlayışlar eşidilib.
Qeyd edək ki, bu mühüm strateji obyekt İranın əsas hava limanı sayılır və ölkənin günboyu ən çox işləyən, təyyarə qəbul edənhava limanı hesab olunur.

İran həmçinin bir neçə cavab zərbəsi endirdiyini bəyan edib. Qərb mediasının məlumatına görə, bu səhər BƏƏ, Bəhreyn və Qüdsdə də partlayışlar eşidilib.

Избранный
3
13
publika.az

10Источники