RU

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.

Missiya.Az report-a istinadən verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərli Şurasında qəbul edildiyini deyib.

"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq".

"Bölgə ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı qüvvələrimiz ölkənin şərəfini müdafiə etmək üçün müstəqil şəkildə hərəkət edib.

Избранный
106
24
missiya.az

10Источники