RU

Daha bir qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikililərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Fövqəladə Hallar Nazirliyindən Ekologiya.az-a bildirilib ki, bu çərçivədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Məhsəti qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar olunub. Bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə birgə tədbirlər həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz şəkildə inşa olunan tikililər sökülüb.

Избранный
40
49
ekologiya.az

10Источники