ABŞ Dövlət Departamenti İsrailə 151,8 milyon dollarlıq sursat və hərbi avadanlığın satışını nəzərdə tutan sənədi təsdiqləyərək Konqresə təqdim edib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio açıqlama verib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Marko Rubio fövqəladə vəziyyət elan edərək malların İsrailə dərhal satılmasını tələb edib.
Bu açıqlama ABŞ və İsrailin İrana hücumlarına başlamasından bir həftə sonra verilib.
Dövlət Departamentinin açıqlamasında İsrailin 12 min ədəd “BLU-110A/B” ümumi təyinatlı bomba tələb etdiyi bildirilib.
Rubio satışın ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğu qənaətindədir.