RU

İran Prezidenti Naxçıvana hücuma görə məsuliyyəti etiraf edib

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian Naxçıvana dron hücumlarına görəməsuliyyəti etiraf edib.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu günteleviziya müraciətində bildirib.

Onun sözlərinə görə, İranda Ali Lider və yüksək hərbikomandanlar öldürüldükdən sonra Silahlı Qüvvələr nəzarətsiz şəkildəqonşu ölkələrin ərazisinə atəş açıblar.

Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İranSilahlı Qüvvələrinə bundan sonra İrana hücum edilməyən ölkələrə heçbir hücumun edilməməsi və raket atılmaması haqda tapşırıq verilib.Yalnız hücum edilən ölkələrə qarşı addım atılacaq.

İran Prezidenti ölkəsi tərəfindən hücuma məruz qalan qonşudövlətlərdən üzr istədiyini bildirib.

Əlavə edək ki, İran Silahlı Qüvvələri Naxçıvana dronla hücumutəkzib etsə də, Pezeşkianın açıqlaması praktiki olaraq bir dahaNaxçıvana hücumun İran tərəfindən edildiyini göstərir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanınapilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texnikivasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlarhəyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuzuçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biriAzərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülkiinfrastruktur obyektlərini hədəfə alıb.

Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıbvə məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanatyayaraq, İran İslam Respublikasından vəziyyəti dərhalaydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrintəkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlərgörməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlərNazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Məqalədə:
Избранный
131
2
az.trend.az

3Источники