RU

ABL: "Şəki" "Sabah"a, "Abşeron Lions" NTD-yə qarşı

Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

Fanat.Az xəbər verir ki, öncə "Şəki" - "Sabah" görüşü reallaşacaq. 

Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.

Günün son matçı "Sərhədçi" İdman Mərkəzində "Abşeron Lions" və NTD arasında olacaq. Bu oyun saat 19:30-da başlayacaq.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.

Избранный
82
fanat.az

1Источники