RU

Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI

Ajans.az xəbər verir ki, hadisə Maksim Qorki küçəsində baş verib. Qeyd edilib ki, "Kotec" qəsəbəsi ərazisindən keçən yüksəktəzyiqli qaz xətti nəqliyyat vasitəsinin qəzası nəticəsində zədələnib. Nəticədə ərazidə qaz təchizatı dayandırılıb, təxminən 1 100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Bildirilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Избранный
14
2
Ajans.az

2Источники