İraqın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində fəaliyyət göstərdiyi iddia olunan casus şəbəkəsinin ifşa edildiyini və 5 nəfərin saxlanıldığını bildirib.
Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, saxlanılan şəxslərin Polşa pasportu daşıdıqları, lakin İsrail kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilindikləri iddia olunur.
İraq təhlükəsizlik qurumları bildirir ki, əməliyyat ölkədə fəaliyyət göstərən ehtimal olunan casus hüceyrəsinin ifşasından sonra həyata keçirilib. Saxlanılan şəxslərin həmin şəbəkə ilə əlaqələri araşdırılır.
Musavat.com