RU

İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İstiqlal Muzeyində Qarabağ Universiteti Elm şöbəsinin müdiri Elçin İbrahimovun müəllifi olduğu “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” kitabının təqdimatı olub.

Muzeydən hafta.az-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bu cür təşəbbüslərin Prezident İlham Əliyevin müvafiq Sərəncamları çərçivəsində reallaşdırılan tədbirlər sırasına daxil olduğunu vurğulayıb.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın zəngin məzmunundan bəhs edib. O diqqətə çatdırıb ki, bu kitabı müəllifin 15 illik gərgin elmi araşdırmalarının məhsuludur.

Azərbaycan Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, professor Solmaz Tohidi, AMEA Nəsimi adına Dilçilik İnstitunun əməkdaşı İmanyar Quliyev, filologiya elmləri doktoru Şəbnəm Həsənli, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd, “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu çıxış ediblər. Çıxışçılar nəşrin Türkoloji qurultayın irsini öyrənmək baxımından dəyərli mənbə olduğunu söyləyiblər.

Kitabın müəllifi Elçin İbrahimov əsərdə Qurultayın bir neçə aspektdən tədqiqata cəlb olunduğunu qeyd edib.

Избранный
106
hafta.az

1Источники