ABŞ Prezidenti Donald Tramp Mayamidə Vaşinqtonla ideoloji cəhətdən əlaqəli olan bir neçə Latın Amerikası ölkəsinin liderlərini qəbul edəcək.
"Yeni Sabah" EFE-yə istinadla xəbər verir ki, "Amerikanın Qalxanı" adlandırılan görüşdə Argentina, Boliviya, Honduras, Kosta Rika, Panama, Paraqvay, El Salvador, Ekvador və Çilinin seçilmiş prezidenti iştirak edəcəklər. Lakin Braziliya, Kolumbiya və Meksika kimi Latın Amerikası ölkələrinin liderləri dəvət olunmayıb.
Görüşün gündəliyinə təhlükəsizlik məsələləri, qanunsuz miqrasiya, Latın Amerikasında mütəşəkkil cinayətkarlıq və Çinin Amerikadakı təsirinə qarşı mübarizə məsələləri daxildir.
Müşahidəçilər qeyd edirlər ki, bu görüş Vaşinqtonun Qərb yarımkürəsində liderliyini təsdiqləmək məqsədi daşıyır və 1994-cü ildən bəri keçirilən Şimali və Cənubi Amerika, eləcə də Karib dənizi liderlərinin forumu olan Amerika Zirvəsinə bir növ alternativdir.
Telegram kanalımız