Ukrayna Silahlı Qüvvələrinə məxsus “Mi-8” helikopteri Mixaylovka kəndi yaxınlığında vurulub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi Ukraynaya məxsus helikopterin Pilotsuz Sistemlər Qoşunlarının mütəxəssisləri tərəfindən “Geran” PUA-sı vasitəsilə helikopter meydançasında məhv edilməsinin görüntülərini yayımlayıb.
Bundan əvvəl Ukraynaya məxsus “Mi-24” helikopterinin məhv edildiyi bildirilmişdi. Bu barədə Ukrayna Ordusunun 2-ci Ordu Aviasiya Briqadası məlumat yayıb.