RU

“Balamın ev eşiyi yandı, kül oldu” VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Kürdəmirin Sığırlı kəndində yanğın baş verib.Bizim.Media xəbər verir ki, kənd sakini Raqif Zeynalova məxsus ümumi sahəsi 380 kvadratmetr olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

 

"Balam evdə yox idi. Ev-eşiyi yanıb külə döndü. 20 illik əziyyət heç oldu. Cehiz də içində idi, hər şey yandı", - deyə ev sahibinin anası Əfiqə Zeynalova Baku TV-yə hadisə barədə danışarkən bildirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.Ətraflı “Baku TV”nin videosüjetində:

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
86
5
bizim.media

7Источники