RU

Nigar Köçərli: “Biznesdə uğurla yanaşı uğursuzluğun da yaşanmasının mümkün olduğunu qəbul etmək lazımdır”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında II Qadın Liderləri Zirvəsi keçirilib və tədbir müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə bir araya gətirib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə spiker kürsüsündə çıxış edən “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli öz uğursuzluq hekayəsindən danışıb: “10 il əvvəl kafe açmaq qərarı verib və müştərilərin təkliflərinə əsasən müxtəlif yeniliklər edib: “Gələn hər müştərinin dediyini nəzərə alırdım. Məsələn; “dolma olsun” dedilər, razılaşdım. “Suşi olsun” dedilər, onu da əlavə etdik. Amma bir müddət sonra gördüm ki, kafe qazanc gətirmir. Nəticədə kafeni bağlamağa məcbur oldum və təxminən 70 min manat ziyana düşdüm”.

Nigar Köçərlinin sözlərinə görə, illər sonra həmin uğursuzluğu aradan qaldırmaq üçün yenidən cəhd edib: “Alışveriş mərkəzlərindən birində 700 kvadratmetrlik mağaza açdım və düşündüm ki, kitab mağazasının daxilində kiçik bir kafe də fəaliyyət göstərsin. Bu dəfə hər gələn ideyaya “hə” demədim. Mütəxəssislərlə məsləhətləşdik, hər şeyi qaydasına uyğun etdik. Amma yenə də həmin kafe gəlir gətirmədi”.

Nigar Köçərli bildirib ki, indi bu hekayəni gülərək danışır, çünki uğurla yanaşı uğursuzluğun da mümkün olduğunu qəbul etmək lazımdır.

Nigar Köçərli qadınlara müraciət edərək bildirib ki, biznesə başlayarkən yalnız dost və tanışların “uğurlu olacaq” kimi sözlərinə güvənmək doğru deyil: “İnsan özünü yaxşı bildiyi sahədə sınamalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
108
bizimyol.info

1Источники