RU

Daha bir marşrut xətti BakuBus a verildi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənir.

Globalinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, martın 9-dan xətti “BakuBus” MMC istismar edəcək.

Yeni təşkilata uyğun olaraq marşrut xəttində 30 ədəd böyüktutumlu avtobus fəaliyyət göstərəcək. Avtobuslar 5–6 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət edəcək.

Bildirilib ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,6 manat müəyyən olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
95
3
globalinfo.az

7Источники