RU

Müharibə yeni MƏRHƏLƏYƏ keçdi: İranın müdafiə sistemləri DARMADAĞIN EDİLDİ - VİDEO

“Dünəndən müharibə özünün yeni fazasına daxil olub. Dünənə qədər nisbi bir sakitlik var idi və hətta İran müəyyən qədər cəsarətlənmişdi və İsraili ciddi ballistik raket atəşinə tuturdu.”

Bu sözləri Qabil Hüseynli “Tv Musavat”ın canlı efirində deyib. Professor bildirib ki, son günlər bölgədə baş verən hadisələr müharibənin gedişində yeni mərhələnin başladığını göstərir.

Professor qeyd edib ki, əvvəlki günlərlə müqayisədə vəziyyət xeyli dəyişib. Onun sözlərinə görə, ABŞ müharibənin demək olar ki, bütün perimetri boyunca İrana qarşı hücuma keçib və İsrail də bu əməliyyatlarda Vaşinqtonla birlikdə hərəkət edir.

Professor bildirib ki, son hücumlar zamanı Tehran ciddi bombardmana məruz qalıb. Onun sözlərinə görə, şəhərin mərkəzi və ətraf rayonları, xüsusilə SEPAH-ın hərbi bazalarının yerləşdiyi ərazilər raket və aviasiya zərbələri ilə hədəfə alınıb.

Qabil Hüseynli qeyd edib ki, nəticədə İran paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar müşahidə olunub. Professorun sözlərinə görə, bəzi məlumatlarda Tehran ətrafında yerləşən hava hücumundan müdafiə sistemlərinin böyük hissəsinin sıradan çıxarıldığı bildirilir.

Professor əlavə edib ki, hücumların təkcə paytaxtla məhdudlaşmadığı da iddia olunur. Onun sözlərinə görə, Qum, Əhvaz və Kirmanşah kimi şəhərlərin də zərbələrə məruz qaldığı barədə məlumatlar yayılır.

Qabil Hüseynli daha sonra bildirib ki, ABŞ-ın “Corc Buş” təyyarədaşıyan gəmisi artıq Aralıq dənizinə daxil olub və bölgəyə doğru hərəkət edir. Professorun sözlərinə görə, bu gəmidə çox sayda qırıcı və bombardmançı təyyarələr yerləşdirilib.

Professor qeyd edib ki, həmin təyyarələr həm böyük dağıdıcı gücə malik bombalar daşıya bilir, həm də uzun müddət havada qalmaq imkanına malikdir. Onun sözlərinə görə, zərurət yaranarsa, havada yanacaq doldurma təyyarələri vasitəsilə onların uçuş müddəti daha da uzadıla bilər.

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Избранный
112
musavat.com

1Источники