RU

Rusiya Xarkovda yaşayış binasına zərbə endirib, 9 nəfər ölübYENİLƏNİB/FOTO

Rusiyanın Xarkova hücumu nəticəsində ölənlərin sayı artıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ölənlərin sayı 9 nəfərə çatıb, onlardan ikisi uşaqdır. Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından doqquz nəfərin meyitini çıxarıblar.

11:15

Martın 7-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində yaşayış binasının bir hissəsi dağılıb.

Xezerxeber.az-ın Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla verdiyi məlumata görə, Xarkova endirilən raket və dron zərbələri nəticəsində beşmərtəbəli binanın bir hissəsi dağılıb. Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından 5 nəfərin cəsədini çıxarıblar.

Axtarış-xilasetmə əməliyyatları davam edir, 300 kvadratmetrlik ərazidə yanğının söndürülməsi işləri də aparılır. Hadisə yerində Xarkov və Dövlət Fövqəladə Hallar Xidmətinin digər qarnizonlarından olan bölmələr, o cümlədən bomba zərərsizləşdirmə mütəxəssisləri, it baxıcıları və psixoloqlar işləyir.

Dağıntılar altında hələ də insanlar ola bilər.

Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubovun verdiyi məlumata görə, şəhərə edilən hava hücumu zamanı 10 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır.

  • Rusiya
  • Rusiya
  • Rusiya
  • Rusiya
  • Rusiya
  • Rusiya
Избранный
107
2
xezerxeber.az

9Источники