RU

ABŞ-nin “Bone” ləqəbli bombardmançı təyyarəsi Böyük Britaniyaya endi


Bu gün Amerikanın “Bone” ləqəbli “Rockwell B-1 Lancer” bombardmançı təyyarəsi Böyük Britaniyanın Qlosterşir şəhərindəki “RAF Fairford” hərbi aviabazasına eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin Böyük Britaniyaya gətirilməsi ABŞ-nin İrana qarşı zərbələrin artırılacağı barədə xəbərdarlığından sonra baş verib.
Dörd nəfərlik ekipaj tərəfindən idarə olunan və təyyarə hədəfləri dəqiq vurmaq üçün inkişaf etmiş radar və GPS sistemləri ilə təchiz edilib. Bundan əlavə, təyyarədə düşmən hücumlarından qorunmaq üçün elektron maneə sistemləri, radar xəbərdarlıq və aldadıcı hədəf mexanizmləri də mövcuddur.
Təyyarə eyni zamanda 24 qanadlı raket daşımaq imkanına malikdir və ümumilikdə 34 tona qədər silah və hərbi avadanlıq daşıya bilir.
Избранный
102
yeniavaz.com

1Источники