RU

İran: ABŞ ordusu ağır itkilər verdi KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə endirilən zərbələr nəticəsində Amerika ordusunun ağır itkilər verdiyini iddia edir.

KONKRET.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin qərargahı məlumat yayıb.

Məlumata görə, İranın Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ-nin Əl-Dəfra Hava Bazası və Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması hədəfə alınması nəticəsində Amerika hərbçiləri arasında çoxlu ölən və yaralananlar var.

İranın dövlət televiziyasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına endirilən zərbə nəticəsində 21 nəfər həlak olub. Bundan əlavə, Əl-Dəfra hava bazasında təxminən 200 amerikalı hərbçinin həlak olduğu və yaralandığı iddia edilir.\\publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
1
konkret.az

3Источники