RU

“İdman həftəsi” çərçivəsində uşaq evləri arasında əyləncəli atletika yarışı təşkil olunub - FOTO

Gənclər və İdman Nazirliyinin elan etdiyi “İdman həftəsi”nin 6-cı günündə uşaq evləri arasında əyləncəli atletika yarışı təşkil olunub.

İdman.Biz bildirir ki, Bakı Atletika Mərkəzində keçirilən tədbirdə 6 uşaq evindən 48 uşaq iştirak edərək əsl idman ruhu nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, birinci yeri Şəki şəhəri 6 saylı Uşaq Evi sosial xidmət müəssisəsi qazanıb. Lənkəran şəhəri Osman Mirzəyev adına 5 saylı Uşaq Evi sosial xidmət müəssisəsi ikinci, Gəncə şəhəri 4 saylı Uşaq Evi sosial xidmət müəssisəsi isə üçüncü yeri tutublar.

İdman.Biz
Избранный
111
idman.biz

1Источники