RU

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi - FOTOLAR

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Qulluqçuları və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının, Elm və Təhsil İşçiləri  Həmkarlar İttifaqının, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının rayon Komitələrinin birgə dəstəyi ilə “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı Goranboy şəhəri, “Gold Palace” şadlıq sarayında keçirilən tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, Həmkarlar Komitələrinin sədrləri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi  və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə öncə Ümummilli Liderimiz Heydər Əliyevin dövlət qadın siyasətinə həsr olunmuş videoçarx izlənildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev,  ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasının  Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, tarixin bütün dövrlərində Azərbaycan qadınının Vətənimizin müdafiəsində yaxından iştirak etdiyini, dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərdiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün bütün imkanların genişləndirilməsinin Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Xalq artisti Şahnaz Haşımovanın və yerli mədəniyyət-incəsənət ustalarının ifasında musiqi və Goranboy şəhər Uşaq İncəsənt Məktəbinin şagirdlərinin təqdimatında rəqs proqramı nümayiş etdirildi, xanımlara  rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, hədiyyələr, o cümlədən şəhid analarına və xanımlarına kəlağayı təqdim edilib.

Избранный
34
50
unikal.az

10Источники