RU

Fransada keçirilən Novruz şənliyində Azərbaycanın milli adət-ənənələri təqdim olunub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Fransanın Po şəhərinin “Les Halles de Pau” mərkəzində BA mədəniyyət mərkəzi və Azərbaycan icmasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən “Mədəniyyət Günü – Novruz” adlı bayram tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, böyük stenddə Azərbaycan çayı, milli şirniyyatlar, mürəbbələr, meyvə şirələri, eləcə də Novruz bayramının rəmzi olan səməni nümayiş olunub. Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən kitablar ziyarətçilərə ölkəmizi yaxından tanımağa imkan yaradıb.

BA mədəniyyət mərkəzinin təsisçisi Billurə Bayramova-Bernard tərəfindən təşkil edilmiş tədbirin əsas məqsədi milli mədəniyyətimizi və adət-ənənələrimizi yerli sakinlərə tanıtmaq və bu şəhərdə yaşayan soydaşlarımızı bir araya gətirmək olub. O bildirib ki, Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu üçün bayram tədbirində Po və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Tədbirin ziyarətçilərinə Novruz bayramı ilə bağlı adət-ənənələrimiz haqqında məlumat verilib. Tədbirə qatılan soydaşlarımız yerli ictimaiyyətin üzvlərinə Novruz bayramının özəlliklərindən danışaraq, onun bütün azərbaycanlıları birləşdirdiyini xüsusi vurğulayıblar. Tədbir çərçivəsində musiqilərimiz, rəqslərimiz, poeziyamız, milli dəyərlərimiz yerli insanlara nümayiş etdirilib. Tədbirdə iştirak edən şəhər merinin məşğulluq, sosial inteqrasiya və yaşıl nəqliyyat məsələlərinə məsul şəxs Kenni Bertanazi öz çıxışında bu kimi tədbirlərin şəhər üçün vacibliyini vurğulayıb.

Gün ərzində Azərbaycan haqqında məlumatlar və adətlərimiz yüzlərlə insana təqdim edilib.

Избранный
30
1
hafta.az

2Источники