RU

Rusiya İran və Azərbaycana müraciət etdi

Rusiya həm İranı, həm də Azərbaycanı son dərəcə ehtiyatlı olmağa, düşünülməmiş addımlardan çəkinməyə və mehriban qonşuluq hesabına bölgədə yeni bölücü xətlər yaratmaqdan çəkinməyə çağırıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O,  İran ərazisindən Naxçıvana edilən pilotsuz təyyarə hücumundan sonra Azərbaycan və İran arasında münasibətlərin kəskin şəkildə pisləşməsi ilə bağlı açıqlama verib: 

"Yaxın Şərqdə baş verən son dərəcə təhlükəli hadisələrlə bağlı ciddi narahatlığımızı bildiririk. Bu hadisələr ABŞ və İsrailin tamamilə uydurma bəhanələrlə İrana qarşı qanunsuz silahlı təcavüzü nəticəsində baş verib. 

BMT Nizamnaməsini və beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq, bu ölkələr suveren və müstəqil BMT üzv dövlətinin qanuni hakimiyyətini "kollektiv Qərbə" tabe olmaqdan imtina etdiyinə görə devirməyə çalışırlar".

O qeyd edib ki, hazırkı hadisələr təcavüzü törədənlərin, eləcə də onu birbaşa və ya dolayı yolla dəstəkləyənlərin birbaşa məsuliyyətidir:

“Azərbaycan və İran arasında yaranan gərginliklə bağlı olaraq, hər iki tərəfi - strateji tərəfdaşlarımızı - son dərəcə ehtiyatlı olmağa, düşünülməmiş addımlardan çəkinməyə və mehriban qonşuluq prinsipi hesabına bölgədə yeni bölücü xətlər yaratmamağa çağırırıq. 

Belə bir gərgin vəziyyətdə daha da gərginləşməyə səbəb ola biləcək hər hansı bir hadisənin bütün hallarını hərtərəfli nəzərdən keçirmək vacibdir”.

Rusiya bölgədə qan tökülməsinin dərhal dayandırılması yollarının tapılmasına, siyasi və diplomatik prosesin bərpasında lazımi yardım göstərməyə və beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan həll yollarının tapılmasına fəal şəkildə kömək etməyə hazırdır", - deyə bəyanatda bildirilir.

Избранный
113
cebheinfo.az

1Источники