RU

Qran-Pri: Daha iki idmançımız medal qazandı

Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri davam edir.

Msport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası 2 medal qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə yalnız finalda Qazaxıstan nümayəndəsi Adilet Almata uduzaraq gümüş medala sahib olub.

Həmin çəkidə mübarizə aparan digər idmançımız – Ömər Rəcəbli isə yarışı 3-cü yerdə başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Ruslan Paşayev (66 kq) qızıl medala yiyələnib.

Избранный
117
msport.az

1Источники