RU

Azərbaycanlı futbolçunun komandası uduzdu

Türkiyə 1-ci Liqasında 29-cu tur davam edir.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Sərtan Taşkının çıxış etdiyi "Serik Belediyespor" səfərdə "Amedspor"a  0:1 hesabı ilə məğlub olub.

Taşkın oyuna start heyətində başlayıb, 23-cü dəqiqədə sarı vərəqə alıb və 46-cı dəqiqədə əvəzlənib.

Hazırda “Serik Belediyespor” 29 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
129
1
sportal.az

2Источники