RU

«BlackRock» və «Blackstone»da likvidlik qıtlığı – PUL ÇIXARMAĞA QADAĞA QOYDU

Dünyanın maliyyə sektorunda gözlənilməz hal baş verib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünyanın ən böyük maliyyə qruplarından olan «BlackRock» və «Blackstone» öz investorlarına şirkətdən pul çıxarmağa məhdudiyyət qoyublar.

Belə ki, 2026-cı ilin mart ayının əvvəlindəki son hesabatlara əsasən, «BlackRock» və «Blackstone» da daxil olmaqla, dünyada aktivlərin idarə edilməsi üzrə əsas menecer şirkətlər investorların özəl kredit fondlarından pul çıxarmalarını məhdudlaşdırmağa başlayıblar. Bu 2 trilyon dollarlıq özəl kredit bazarında yaşanan stressi göstərir.

«BlackRock» pul çıxarmalarını məhdudlaşdırıb

«BlackRock» özünün 26 milyard dollarlıq HPS Korporativ Kredit Fondundan (HLEND) investopların pul çıxarmalarını məhdudlaşdırıb. İnvestorlar 2026-cı ilin birinci rübü üçün 1,2 milyard dollar geri ödəmə tələb ediblər – bu fondun xalis aktiv dəyərinin təxminən 9,3%-ni təşkil edir. Lakin fond investorlara yalnız 620 milyon dollar ödəyib. Qaydalara görə, rüblük yalnız 5% vəsait çıxarmaq olardı, 620 milyon dollar isə həmin 5%-ə çatmaq deməkdir.  Bundan sonrakı pul tələbləri isə yerinə yetirilməyib.

«Blackstone»də eyni vəziyyətdir 

«Blackstone» şirkəti də oxşar təzyiqlə üzləşib, investorlar Blackstone Daşınmaz Əmlak Gəlirləri Fondundan (BREIT)-dən rekord həcmdə - 7,9%-lik hissəni çıxarmaq istəyiblər. Buna cavab olaraq, «Blackstone» pul çıxarma limitini artırıb və tələbi idarə etmək üçün öz nağd pulundan 400 milyon dollar yatırıb. Amma bu da tələbi tam ödəməyib.

«Blue Owl Capital» sadəcə «gələcək vədlər» verir

Aktivlərin idarə olunması üzrə digər iri menecer şirkət «Blue Owl Capital» isə bəzi fondlar üçün nağd ödənişləri ümumiyyətlə tamamilə dayandırdığını elan edib və investorlara «gələcək vədlər» verib.

Belə vəziyyətə bazarın reaksiyası özünü çox gözlətməyib. Vəsaitlərə məhdudiyyət qoyulması xəbərindən sonra sonra «BlackRock»un səhmləri 7%-dən çox ucuzlaşaraq bir gün əvvəlki 1035 dollardan 955 dollara enib.

«Blackstone»nın səhmləri isə 10 gün əvvəlki 133 dollardan 110 dollara enib. «KKR»in səhmləri 104 dollardan 91 dollara, «Carlyle Group»in səhmləri 59 dollardan 49 dollara, «Apollo»nun səhmləri isə 134 dollardan 109 dollara enib.

Избранный
47
fed.az

1Источники