RU

Həmin ildə Ramazan 36 gün olacaq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyənin Diyanet İşleri Başkanlığı tərəfindən aparılan hesablamalar maraqlı nəticə ortaya çıxarıb. Hicri təqvimin xüsusiyyətlərinə görə 2030-cu ildə müsəlmanlar eyni il ərzində iki dəfə Ramazan ayını qarşılayacaqlar. Bu təqvim dövriliyi səbəbindən həmin il ümumilikdə 36 gün oruc tutulacaq.Demokrat.az xəbər verir ki, təqvimdəki bu fərq hicri ilin miladi ildən hər il təxminən 11 gün qısa olması ilə bağlıdır. Ekspertlərin hesablamalarına görə 2030-cu ilin ilk Ramazan ayı yanvarın 5-də başlayacaq və 30 gün davam edəcək. İlin sonuna yaxın, dekabrın 26-da isə növbəti Ramazan ayı başlayacaq. Dekabr ayına düşən bu dövrün ilk 6 günü də məhz 2030-cu ilin payına düşəcək.Belə hadisə təxminən hər 33 ildən bir təkrarlanır. Tarixi qeydlərə görə oxşar vəziyyət 1964 və 1997-ci illərdə də yaşanıb. Növbəti analoji halın isə 2062-ci ildə baş verəcəyi gözlənilir. Bu səbəbdən 2030-cu il həm yanvar, həm də dekabr aylarında orucluq ibadətinin yerinə yetirildiyi fərqli il kimi yadda qalacaq.Azərbaycanda da din xadimləri və astronomlar bu dövriliyi təsdiqləyirlər. Ölkədə Ramazan ayının başlanğıcı adətən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında elan olunur. 2030-cu ildə qış aylarına təsadüf edəcək bu iki Ramazan dövrü günlərin daha qısa olması səbəbindən oruc tutanlar üçün fiziki baxımdan nisbətən daha rahat keçə bilər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
111
5
demokrat.az

10Источники