RU

Gecə yarısı Tel-Əviv kabus yaşadı - VİDEO

ABŞ-İsrail və İran arasında davam edən müharibə 9-cu günündə də bütün şiddəti ilə sürərkən, Tel-Əvivdən yayılan videolar böyük rezonans doğurub.

Bizim.Media  xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda raket hücumlarından sonra şəhərin bəzi yerlərinin yanğın və dağıntı ilə üz-üzə qaldığı görülür.
 

Məlumata görə, raket zərbələrindən sonra sirenlər səslənib, bəzi ərazilərdə isə ciddi ziyan yaranıb. Videolarda partlayışların təsiri ilə bir neçə avtomobilin tam yararsız vəziyyətə düşdüyü, ətrafda yanğınların baş verdiyi və qalın tüstünün səmaya qalxdığı əks olunub.


Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkədə baş verən dağıntıların görüntülənməsi və yayılmasına məhdudiyyət qoysa da, hadisə yerində olan insanlar tərəfindən mobil telefonlarla çəkilmiş videolar müxtəlif platformalarda yayılmağa davam edir.

Kadrlarda siren səsləri fonunda sakinlərin panika içində sığınacaqlara qaçdığı, küçələrdə zədələnmiş avtomobillərin və yanğın ocaqlarının olduğu görünür. Hadisə yerinə gələn təcili yardım və yanğınsöndürmə briqadalarının alovların söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi üçün çalışdığı bildirilir.
 

Ekspertlər qeyd edirlər ki, sosial mediada yayılan bu görüntülər İsraildə baş verən dağıntıların miqyası barədə müzakirələri daha da artırıb. Bu arada İran və İsrail arasında qarşılıqlı raket və hava zərbələrinin davam etdiyi, həm hərbi, həm də strateji hədəflərin vurulduğu bildirilir.


Yaxın Şərqdə müharibənin daha geniş regiona yayılması ehtimalı ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, Tel-Əvivdən yayılan bu görüntülər münaqişənin mülki əhaliyə təsirini bir daha göstərib.


Bizim.Media

Избранный
4
1
bizim.media

10Источники