İsrail İrana qarşı "Aslanın nəriltisi" əməliyyatının növbəti mərhələsinə başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin bildirib.
O deyib ki, İsrail Müdafiə Qüvvələri İrandakı fabrik və zavodlara zərbələr endirməyə başlayıb.
“Biz əməliyyatın növbəti mərhələsinə qədəm qoymuşuq və İrandakı əsas rejimin istehsal müəssisələrinə hücumları genişləndirmişik”,-deyə o bildirib.
Onun sözlərinə görə, İsrail kəşfiyyat orqanları İran hökumətinin sənaye infrastrukturunu bərpa etmək səylərini izləyirdi.
Xəzər
“Cebheinfo.az”