ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bahar fəslinin gəlişi və orucluq dövrünün başlaması orqanizmin vitamin və minerallara tələbatını artırır. Heyvani mənşəli qidaların məhdudlaşdırıldığı bu günlərdə rusiyalı diyetoloq Yekaterina Şirşova orqanizmi dəstəkləyəcək ən faydalı və əlçatan qidaların siyahısını təqdim edib.Demokrat.az-ın məlumatına görə həkim deyib ki, bahar aylarında orqanizm ciddi vitamin ehtiyacı ilə üzləşir. Diyetoloq bu dövrdə xüsusilə diqqətli olmağı tövsiyə edərək bilirib:"Oruc dövründə bu vəzifə daha da aktuallaşır, çünki heyvani mənşəli qidalar istisna edilir və lazım olan maddələrin əsas mənbəyi məhz tərəvəzlər olur. Bu zaman ən faydalı olanlar ekzotik məhsullar deyil, maddələr mübadiləsini və immun sisteminin işini fizioloji cəhətdən dəstəkləyən sadə və əlçatan tərəvəzlərdir".Diyetoloqun siyahısına turşuya qoyulmuş kələm, yerkökü, çuğundur, sobada bişmiş kartof, soğan, sarımsaq və müxtəlif göyərtilər daxildir. Həmçinin dondurulmuş tərəvəz qarışıqlarına da üstünlük vermək olar. Şirşova qeyd edir ki, bu məhsullar C və B qrupu vitaminləri ilə zəngin olmaqla yanaşı, iltihab əleyhinə təsir göstərir və immun sistemini möhkəmləndirir.Yekaterina Şirşova hesab edir ki, bu qidaları gündəlik rasiona mütəmadi daxil etmək bahar aylarında gümrahlığın təminatçısıdır. Görünür, sağlamlıq üçün mürəkkəb pəhrizlərə ehtiyac yoxdur və təbiətin bəxş etdiyi sadə məhsullarla da orqanizmi tarazlıqda saxlamaq mümkündür.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.