RU

Rusiya Ukraynanı "Zirkon" raketləri ilə niyə vurur? - General

Yazını böyüt
Yazını kiçilt

Rusiya qoşunları Ukraynaya zərbələr endirmək üçün S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin zenit raketlərindən istifadə edir. Bundan əlavə, düşmən “Zirkon” gəmi əleyhinə raketlərini də tətbiq edir.

Hafta.az xəbər verir ki, bunu ukraynalı ehtiyatda olan general-leytenant İqor Romanenko bildirib.

Onun sözlərinə görə, raketlərin onlar üçün xarakterik olmayan rejimdə istifadə olunması göstərir ki, Rusiyada istehsalı artırmaq cəhdlərinə baxmayaraq müəyyən silah çatışmazlığı var:

“Onlar raket istehsalını artırmağa çalışırlar, amma eyni zamanda görünür ki, bunu bütün sahələr üzrə tam həyata keçirə bilmirlər. Məsələn, S-300 və S-400 komplekslərinin zenit raketlərini özlərinə xas olmayan rejimdə – yəni “yer-yer” rejimində istifadə etməyə başlayıblar. Bu rejimdə raketlər dəqiq olmur, uçur, partlayır və s.”.Axar.az

Избранный
64
1
hafta.az

2Источники