RU

Əliyar Ağayev gələn kimi iş başında, İnqilab Məmmədov yenidən “Qəbələ”nin oyununda

Azərbaycan Premyer Liqasında 23-cü turun daha üç oyununun hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, hərbi vəziyyətlə əlaqədar bir neçə gün idi Küveytdə qalan Əliyar Ağayev Bakıya dönən kimi ən vacib oyuna təyinat alıb. O, “Neftçi” – “Araz -Naxçıvan” matçını idarə edəcək.

“Sabah” – “Qəbələ” görüşünün baş hakimi də maraq doğurur. Həmin matçda İnqilab Məmmədov təyin olunub. O, Premyer Liqanın 8-ci turunun “İmişli” – “Qəbələ” oyununda (2:2) meydan sahiblərinin futbolçusuna əllə oyuna görə ikinci sarı vərəqəni göstərməmişdi. Sonradan AFFA Hakimlər Komitəsi Məmmədovun səhv etdiyini etiraf etmişdi. İ.Məmmədov 8-ci turdan bu yana “Qəbələ”nin oyunlarına təyinat almırdı.

9 mart (bazar ertəsi)

“Zirə” – “Kəpəz”
Hakimlə
r: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu, 18:30

“Neftçi” – “Turan Tovuz”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”, 20:30

10 mart (çərşənbə axşamı)

“Sabah” – “Qəbələ”
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”, 19:15

Избранный
96
msport.az

1Источники