RU

"Ford" 1,74 milyon avtomobili geri çağırır

Bakı. Trend:

"Ford Motor Company" arxa görüntü kamerası sistemlərindəkiproblemlər səbəbindən təxminən 1,74 milyon avtomobili əhatə edəniki geri çağırış elan edib.

Trend xəbər verirki, bu barədə "Associated Press" məlumat yayıb.

Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA)xəbərdarlığına görə, bəzi "Ford Bronco" və "Ford Edge"avtomobillərində məlumat-əyləncə sisteminin daxili komponentihəddindən artıq qıza və sönə bilər. Bu isə geri hərəkət zamanıkamera görüntüsünün ekranda görünməməsinə səbəb olur.

Bundan əlavə, bəzi "Ford Escape", "Lincoln Corsair", "LincolnAviator" və "Ford Explorer" avtomobillərində arxa görüntükamerasının təsviri tərs və ya çevrilmiş şəkildə göstəriləbilər.

Geri çağırış 849 310 ədəd “Bronco” və “Edge”, eləcə də 889 950ədəd “Escape”, “Corsair”, “Aviator” və “Explorer” modelini əhatəedir.

NHTSA hər iki nasazlığın yol-nəqliyyat hadisələri riskini artırabiləcəyi barədə xəbərdarlıq edib.

Избранный
114
6
az.trend.az

7Источники