RU

“Şamaxı” “İmişli”ni, “Qarabağ” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Şamaxı” “İmişli”ni qəbul edəcək Oyun saat 15:00-da başlayacaq. Komandaların ilk dövrədəki matçında “Şamaxı” 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb – 0:0.

Günün digər oyununda isə “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olacaq. Görüş saat 19:15-də start götürəcək. Komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib – 5:0, 5:1.

8 mart

Misli Premyer Liqası

23-cü tur

15:00. “Şamaxı” – “İmişli”
Hakimlər
: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu

19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov

VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

Избранный
111
4
idmanxeber.az

10Источники