RU

Cənubi Koreyada yüksək patogenli quş qripi ocağı aşkarlanıb

Bakı. Trend:

Cənubi Koreyada Seulun kənarında yerləşən quşçuluq fermasındayüksək patogenli quş qripinə yeni yoluxma halı təsdiqlənib.

Trend xəbər verirki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Rəsmilər martın 7-də bildiriblər ki, bu mövsüm qeydə alınanxəstəliyin ümumi sayı 53-ə çatıb. Yoluxma Poçhon şəhərindəkifermada qeydə alınıb, bu şəhər paytaxtdan 40 kilometr şimalda,Kenqido əyalətində yerləşir.

Hakimiyyət orqanları fermaya girişi məhdudlaşdırıb, yoluxmuşquşları məhv etməyə başlayıb və epidemiyanın səbəbini araşdırmaqüçün tədqiqat aparır. Yaxınlıqdakı müəssisələrdə isə 24 saatlıq işdayandırılıb.

Избранный
112
1
az.trend.az

2Источники