RU

Ölən futbolçu ilə son qolla VİDALAŞDILAR Təsirli GÖRÜNTÜ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan görüntülər çoxlarını duyğulandırıb.

Milli.Az xəbər verir ki, futbolçular vəfat edən komanda yoldaşları ilə qeyri-adi və təsirli şəkildə vidalaşıblar.

Kadrlarda mərhum futbolçunun tabutunun meydançaya gətirildiyi görünür. Daha sonra oyunçular topu tabuta toxunduraraq qapıya doğru yönləndiriblər və top qapı xəttini keçərək simvolik qol kimi qeyd olunub.

Futbolçular bundan sonra qolu qeyd edirmiş kimi qol sevinci yaşayıb və bu jestlə vəfat edən komanda yoldaşlarının xatirəsini yad ediblər. Emosional anlar meydançada olanları və görüntüləri izləyənləri kədərləndirib.

Sosial şəbəkələrdə geniş yayılan video istifadəçilər tərəfindən təsirli və duyğusal vida kimi qiymətləndirilib. Bir çoxları futbolçuların dostlarına bu cür hörmət göstərməsini nümunəvi addım adlandırıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
103
1
news.milli.az

2Источники