RU

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir

Bakı. Trend:

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqətidayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvanavə əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə BakıdanTürkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Trend xəbər verirki, bu barədə AYNA məlumat yayıb.

Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətədaşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyatakeçirilir.

Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əksistiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eynizamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri dəayrılıb.

Martın 5-dən indəyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davametdirilir.

Избранный
129
49
az.trend.az

10Источники