RU

Beyinlə bağırsağın möcüzəvi əlaqəsi aşkarlandı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Amerikalı neyrobioloqlar beyin zədələrinin müalicəsində gözlənilməz kəşfə imza atıblar. Tədqiqatlar göstərir ki, kəllə-beyin travmasından sonra bağırsaq mikrobiomunun tənzimlənməsi beyindəki iltihabı kəskin azaldır və sinir hüceyrələrinin məhv olmasının qarşısını alır.Demokrat.az xəbər verir ki, Hyuston Metodist Tədqiqat İnstitutu və Rays Universitetinin mütəxəssisləri immunitet tənzimləməsinin təxminən 70%-nin məhz bağırsaq mikrobiomu tərəfindən həyata keçirildiyini xatırladır. Travma zamanı bu sistemdə tarazlıq pozulduqda, "bağırsaq-beyin oxu" adlı əlaqə sistemi orqanizmə qarşı işləməyə başlayır.Tədqiqat rəhbəri Sonya Vilyapolun sözlərinə görə, qısa müddətli antibiotik kursu bağırsaqdakı patogen floranı təmizləyərək faydalı bakteriyaların çoxalmasına imkan yaradır.Xüsusilə Parasutterella excrementihominis və Lactobacillus johnsonii növləri hüceyrələrin bərpasında və iltihabın nizamlanmasında kritik rol oynayır:"Biz aşkar etdik ki, travmadan sonrakı antibiotik müalicəsi zərərli bakteriyaların sayını azaldır, zədə sahəsini kiçildir və hüceyrə ölümünü məhdudlaşdırır. Nəticələrimiz mikrobiom dəyişikliklərinin periferik immunitetə və beyin iltihabına birbaşa təsirini təsdiqləyir".Alimlər hesab edir ki, neyroiltihabın kəskin və ya xroniki mərhələdə aradan qaldırılması gələcəkdə Altsheymer və demensiya kimi xəstəliklərin yaranma riskini də azalda bilər.Hazırda tədqiqatçılar bu faydalı bakteriyaların bioinzeneriya vasitəsilə tənzimlənməsi üzərində çalışırlar.Tədqiqatın nəticələri "Nature Communications Biology" jurnalında dərc olunub və beyin travmalarının müalicəsində yeni yanaşmanın əsasını qoyur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
136
demokrat.az

1Источники