RU

İranla müharibəyə müdaxilə etdik... Britaniyalı nazirdən etiraf

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Böyük Britaniya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının birinci mərhələsində iştirak etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Sky News”a verdiyi müsahibədə bildirib.

“London yalnız Tehranın ehtiyatsız cavab zərbələri digər Körfəz dövlətlərinə təsir etdikdən sonra müdaxilə edib. Britaniyanın dəstəyi ABŞ qoşunlarının və silahlarının yerləşdirilməsi üçün hərbi bazaların təmin edilməsindən ibarətdir”, – o deyib.

Kuper vurğulayıb ki, Britaniya tərəfi əvvəlcə böhranın diplomatik həllini müdafiə edib.

Nazirin sözlərinə görə, London Vaşinqtonun heç bir hərəkətini qeyd-şərtsiz dəstəkləməyə meylli deyil:

“Eyni zamanda, ikitərəfli əməkdaşlıqdan tamamilə imtina etmirik, çünki bu iki hal milli maraqlarımıza uyğun deyil. Hazırkı vəziyyətdə Britaniya əvvəlki təcrübəyə, xüsusən də İraqda buraxılan səhvlərdən çıxarılan dərslərə baxır”.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer iddia edib ki, ABŞ İrana qarşı əməliyyat artıq başladıqdan sonra, 28 fevralda krallığın hərbi bazalarına giriş istəyib.

“The Telegraph” qəzeti anonim diplomatik mənbələrə istinadən bildirir ki, bu xahiş daha əvvəl – İslam Respublikasına ilk zərbədən 17 gün əvvəl edilib.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
127
globalinfo.az

1Источники