ain.az, Oxu.az saytına istinadən bildirir.
Fevralın 28-i saat 08:00-dan martın 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1 873 nəfər təxliyə edilib.
Təxliyə olunanlar 67 ölkənin vətəndaşlarıdır. Onlardan 309 nəfəri Azərbaycan vətəndaşıdır.
İrandan təxliyə olunan şəxs: "Sərhədi keçən kimi torpağımı öpəcəyəm" - VİDEO
"Təbrizdən gəlmişəm. Bir dostumuzun evində qonaq idim. Bir neçə ildir xəstəyəm, ürəyimə stent qoyulub. Səkkiz il idi ki, Vətənə gələ bilmirdim. Sərhədi keçən kimi torpağımı öpəcəyəm", - deyə təxliyə olunan vətəndaşlardan biri Baku TV-yə bildirib.
"Beş gündür orada idik, bizi incidirdilər. Keçməyə imkan vermirdilər", - deyə başqa bir vətəndaş qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.