RU

İran yeni ali liderin adını GİZLƏDİR – Ekspertlər Şurasında GƏRGİNLİK

İranda yeni Ali Liderin artıq seçildiyi barədə əvvəllər verilən açıqlamalara baxmayaraq, bir neçə saat sonra Əli Xameneinin varisini təyin edən qurumdan heç bir açıqlama verilməyib.

Musavat.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Ekspertlər Şurasındakı bəzi ruhanilər gecikmədən narazılıqlarını bildiriblər.

Üzvlərdən biri Ayətullah Abdullah Keyvani prosesin sürətləndirilməsini tələb edib.

"Mehr" xəbər agentliyinin məlumatına görə, digər üzv Ayətullah Cavad Cəfəri yeni liderin təqdim edilməsinin gecikməsinin arzuolunmaz olduğunu və prosesin sürətləndirilməsinin ciddi ictimai tələb olduğunu bildirib.

Bəzi ekspertlər Ali Liderin adının elan edilməsində gecikmənin ABŞ və İsrailin zərbələri təhlükəsi səbəbindən Ekspertlər Şurasının fiziki olaraq iclas keçirə bilməməsi ilə əlaqəli olduğunu ehtimal edirlər.

Daha əvvəl Ekspertlər Şurasının bir neçə sərt xətt üzvü dövlət mediasına artıq qərar verildiyini bildirib. Lakin onlardan heç biri seçilmiş namizədin adını çəkməyib.

Musavat.com

Избранный
140
50
musavat.com

10Источники