RU

Əraqçi qızlar məktəbinin vurulmasına görə onları ittiham etdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Minab şəhərində qızlar üçün ibtidai məktəbə edilən hava hücumuna görə birbaşa məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “NBC News”a verdiyi müsahibədə danışıb. Nazir qeyd edib ki, Tehranın uşaqların ölümündə Amerika hava qüvvələrinin iştirakına dair təkzibolunmaz dəlilləri var.

Əraqçi Vaşinqtonun İranın hadisədə özünün iştirakına dair iddialarını qəti şəkildə rədd edib və bildirib ki, bu cür ittihamları eşitmək belə gülməlidir.

“Qurbanlar Amerika qırıcı təyyarəsinin hücumuna məruz qalan və həyatını itirən iranlı məktəblilərdir”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, İran tərəfi məktəbə Amerika qırıcı təyyarəsi tərəfindən hücum edildiyini təsdiqləyən dəlillərə malikdir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump İranın təhsil müəssisəsinə hücumu özünün həyata keçirə biləcəyi ehtimalını irəli sürmüşdü.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
238
globalinfo.az

1Источники