RU

İrandan RƏSMİ: "Müharibəni bitirməyin vaxtı hələ çatmayıb"

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran hazırda hərbi əməliyyatların dayandırılması şərtlərini müzakirə etmək niyyətində deyil.

Musavat.com xəbər verir ki, Araqçi bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

“Biz hələ bu mərhələyə çatmamışıq”, – deyə nazir İranın hansı şərtlərlə müharibəni dayandıra biləcəyi barədə suala cavab verərkən bildirib.

O əlavə edib ki, müharibə tam şəkildə başa çatmadan Tehran geri çəkilməyəcək: “Tam şəkildə müharibənin başa çatması lazımdır. Bu olmadan biz xalqımız və təhlükəsizliyimiz naminə mübarizəni davam etdirəcəyik”.

Musavat.com

Избранный
129
musavat.com

1Источники