RU

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alındı

BAKI, 8 mart. TELEQRAF

Yaponiyanın şimal-şərq sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda, İvate prefekturasının şərqində yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

Избранный
110
2
teleqraf.com

4Источники